29.04.2026 06:06
AZ | EN
► BAYRAMOVA ÜLKƏR İMAMQULU QIZI

 

BAYRAMOVA ÜLKƏR İMAMQULU QIZI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 23 saylı Cəhri

1968-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. Rus dilini bilir. Uzun illər hüquq sahəsində fəaliyyət göstərmiş, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olmuşdur. Səmərəli fəaliyyətinə görə 2018-ci illdə Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu”, 2019-cu ildə “Azərbaycan Cümhuriyyətinin 100 illiyi”, 2019-cu ildə Türkiyə Respublikası Böyük Millət Məclisinin “Azərbaycan Cümhuriyyəti və Azərbaycan Milli Bağımsızlığının 100 ili” yubiley medalları ilə, 2022-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Ali Məclisin “Humanitar siyasət” komitəsinin sədridir. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəfdir