
BABAYEVA TƏHMİNƏ ADİL QIZI
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 28 saylı Naxçıvan şəhər
1978-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. “Naxçıvan” Universitetini “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bitirmişdir. Uzun illər jurnalistika sahəsində fəaliyyət göstərmişdir. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC-də Təhsil və Sosial məsələlər redaksiyasının redaktordur. Səmərəli fəaliyyətinə görə 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında “Rəşadətli əməyi görə” nişanı və “Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti” fəxri adı ilə təltif olunmuşdur. Ali Məclisin “Hüquq siyasəti” komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik