
BABAYEV TOFİQ SÜLEYMAN OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 44 saylı Vənənd
1974-cü ildə Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetini iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bitirmişdir. 2006-cı ildən Naxçıvan Muxtar Respublikası kənd Bələdiyyələri Assosiasiyasının sədri, Yeni Azərbaycan Partiyasının Ordubad Rayon partiya Təşkilatı Siyasi Şurasının üzvüdür. Səmərəli fəaliyyətinə görə 2013-cü ildə “Heydər Əliyev”in 90-illik yubileyi münasibətilə xatirə qızıl medalı, 2014-cü ildə isə Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir. III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Yerli özünüidarə komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik