
BABAYEV TOFİQ SÜLEYMAN OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 44 saylı Vənənd
1974-cü ildə Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetini iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bitirmişdir. 2006-cı ildən Naxçıvan Muxtar Respublikası kənd Bələdiyyələri Assosiasiyasının sədri, Yeni Azərbaycan Partiyasının Ordubad Rayon partiya Təşkilatı Siyasi Şurasının üzvüdür. III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Yerli özünüidarə komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik