29.04.2026 06:02
AZ | EN
► BABAYEV SƏFƏRƏLİ YAQUB OĞLU

 

BABAYEV SƏFƏRƏLİ YAQUB OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (2000-2004)

 

Dairə: 22 saylı Əliabad

1923-cü ildə Naxçıvan (indiki Babək) rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Azərbaycan KP MK yanında Partiya Məktəbini və Naxçıvan Müəllimlər İnstitutunu coğrafiya ixtisası üzrə bitirmişdir. Rus dilini bilir. Naxçıvan şəhər Ağsaqqallar Şurasının sədridir. Coğrafiya elmlər namizədi, dosent, professor, coğrafiya elmlər doktoru elmi adlarını, Naxçıvan MSSR-in "Əməkdar müəllim"i, “Əməkdar elm xadimi” fəxri adlarını almışdır. 6 medal, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 2, SSRİ Elmlər Akademiyası Coğrafiya Cəmiyyətinin 3 və “Bilik” Cəmiyyətinin 1 Fəxri Fərmanı ilə təltif olunmuşdur. Naxçıvan MSSR-in fiziki coğrafiyası, toponimiyası, təbii sərvətlərinin istifadəsi, təbiətinin mühafizəsi, ekologiyası və s. məsələlərə dair 81-dən artıq elmi məqalənin və “Qədim diyarın təbiəti” (1979), “Naxçıvanda Kitabi-Dədə Qorqud” (1999), “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” monoqrafiyalarının müəllifidir. Azərbaycan elminin inkişafındakı xidmətlərinə və səmərəli ictimai-siyasi fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. V və VII çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. Evlidir, 6 övladı var. (2004-cü ildə vəfat etmişdir)

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası