29.04.2026 06:04
AZ | EN
► BABABƏYLİ NAZİM SƏFƏRƏLİ OĞLU

 

BABABƏYLİ NAZİM SƏFƏRƏLİ OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (2020-2022)

 

Dairə: 32 saylı Naxçıvan şəhər

1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu “Coğrafiya” ixtisası üzrə və SSRİ Mülkü Aviasiya Nazirliyinin 5 saylı təhsil müəssisəsini bitirmiş, aviasiya bort operatoru kimi aerokosmik tədqiqatlar və eksperimentlərdə iştirak etmişdir. Coğrafiya elimləri namizədi, dosentdir. Rus dilini bilir. Ekologiya, hidrologiya və kosmik tədqiqatlar sahəsində 270-dən çox elmi, elmi-kütləvi, metodiki məqalə, tezis, dərs vəsaiti, monoqrafiya və atlasların müəllifidir. Səmərəli fəaliyyətinə görə 1991-ci ildə SSRİ Kosmonavtika Federasiyasının “Akademik Plyuqin” medalı, 2007-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmiş, 2013-cü ildə isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. 1990-1995-ci illərdə Naxçıvan şəhər Xalq Deputatlar Sovetinin,  III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri” komitəsinin üzvüdür. Evlidir, 3 övladı var. (2022-ci ildə vəfat etmişdir).

Partiya mənsubiyyəti: Bitərəfdir