
BABABƏYLİ NAZİM SƏFƏRƏLİ OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 32 saylı Naxçıvan şəhər
1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu “Coğrafiya” ixtisası üzrə və SSRİ Mülkü Aviasiya Nazirliyinin 5 saylı təhsil müəssisəsini bitirmiş, aviasiya bort operatoru kimi aerokosmik tədqiqatlar və eksperimentlərdə iştirak etmişdir. Coğrafiya elimləri namizədi, dosentdir. Rus dilini bilir. 1991-ci ildə SSRİ Kosmonavtika Federasiyasının “Akademik Plyuqin” medalı ilə təltif edilmişdir. Ekologiya, hidrologiya və kosmik tədqiqatlar sahəsində 150-yə yaxın elmi, elmi-metodiki, elmi-kütləvi məqalənin, tezisin, 3 ali məktəb proqramının və 6 elmi kitabın müəllifi və həmmüəllifidir. Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmişdir. 1990-1995-ci illərdə Naxçıvan şəhər Xalq Deputatlar Sovetinin, III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri” komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəfdir
Elanlar
Gündəlik