29.04.2026 05:59
AZ | EN
► BABABƏYLİ NAZİM SƏFƏRƏLİ OĞLU

 

BABABƏYLİ NAZİM SƏFƏRƏLİ OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 32 saylı Naxçıvan şəhər

1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu coğrafiya ixtisası üzrə və SSRİ Mülkü Aviasiya Nazirliyinin 5 saylı təhsil müəssisəsini bitirmiş, aviasiya bort operatoru kimi aerokosmik tədqiqatlar və eksperimentlərdə iştirak etmişdir. Coğrafiya elmləri namizədi, dosentdir. Rus dilini bilir. 1991-ci ildə SSRİ Kosmonavtika Federasiyasının “Akademik Plyuqin” medalı ilə təltif edilmişdir. Ekologiya, hidrologiya və kosmik tədqiqatlar sahəsində 150-yə yaxın elmi, elmi-metodiki, elmi-kütləvi məqalənin, tezisin, 3 ali məktəb proqramının və 6 elmi kitabın müəllifi və həmmüəllifidir. Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmişdir. 1990-1995-ci illərdə Naxçıvan şəhər Xalq Deputatlar Sovetinin və III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Bitərəfdir