
BABABƏYLİ NAZİM SƏFƏRƏLİ OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 32 saylı Naxçıvan şəhər
1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu coğrafiya ixtisası üzrə və SSRİ Mülkü Aviasiya Nazirliyinin 5 saylı təhsil müəssisəsini bitirmiş, aviasiya bort operatoru kimi aerokosmik tədqiqatlar və eksperimentlərdə iştirak etmişdir. Coğrafiya elimləri namizədidir. Rus dilini bilir. 1991-ci ildə SSRİ Kosmonavtika Federasiyasının “Akademik Plyuqin” medalı ilə təltif edilmişdir. Ekologiya, hidrologiya və kosmik tədqiqatlar sahəsində 100-ə yaxın elmi, elmi-metodiki, elmi kütləvi məqalənin, tezisin, 3 ali məktəb proqramının müəllifi və həmmüəllifidir. Naxçıvan şəhər Xalq Deputatlar Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri” daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəfdir
Elanlar
Gündəlik