
ALLAHVERDİYEVA HƏBİBƏ RƏŞAD QIZI
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (2012-2015)
Dairə: 20 saylı Yarımca
1981-ci ildə Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini təsviri incəsənət və rəsmxət ixtisası üzrə, həmin universitetin Magistratura şöbəsini pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssam”ı fəxri adına layiq görülmüşdür. Ali Məclisin Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik