29.04.2026 06:06
AZ | EN
► ALLAHVERDİYEVA HƏBİBƏ RƏŞAD QIZI

 

ALLAHVERDİYEVA HƏBİBƏ RƏŞAD QIZI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 19 saylı Babək şəhər

1981-ci ildə Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini təsviri incəsənət və rəsmxət ixtisası üzrə, həmin universitetin Magistratura şöbəsini pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə bitirmişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 25-dən çox elmi məqalənin müəllifidir, 5 fərdi sərgisi keçirilmişdir. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Səmərəli fəaliyyətinə görə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssam”ı fəxri adına layiq görülmüşdür. V və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası