29.04.2026 06:06
AZ | EN
► ALLAHVERDİYEVA AİDƏ MƏHƏRRƏM QIZI

 

ALLAHVERDİYEVA AİDƏ MƏHƏRRƏM QIZI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 29 saylı Naxçıvan şəhər

1974-cü ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetində “Kimya-biologiya” ixtisası üzrə bitirmişdir. Səmərəli fəaliyyətinə görə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adına, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülmüşdür. IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Hüquq siyasəti və dövlət quruculuğu məsələləri” komitəsinin üzvüdür.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası