29.04.2026 06:03
AZ | EN
► ABDULLAYEV QƏZƏNFƏR İSMAYIL OĞLU

 

ABDULLAYEV QƏZƏNFƏR İSMAYIL OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 39 saylı Bənəniyar

1983-cü ildə Culfa rayonunun Bənəniyar kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Ümumi İqtisadiyyat fakültəsində ali təhsil almışdır. İngilis dilini bilir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavinidir. Səmərəli fəaliyyətinə görə “AHİK-in 25 illik Yubiley” döş nişanı, “Yubiley döş nişanı” və “Həmkarlar İttifaqında xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. Ali Məclisin Humanitar siyasət komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası