29.04.2026 06:04
AZ | EN
► ABBASOV VÜQAR ZAKİR OĞLU

 

ABBASOV VÜQAR ZAKİR OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 24 saylı Naxçıvan şəhər

1974-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetini “mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” və “hüquqşünaslıq” ixtisasları üzrə bitirmişdir. İqtisad üzrə fəlsəfə doktorudur. 10-a yaxın elmi məqalənin müəllifidir. Bir çox sosial, biznes layihələrinin təşkilatçısı və rəhbəri olmuşdur. Səmərəli fəaliyyətinə görə 2009-cu ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmişdir. 1995-ci ildən “Cahan Holdinq”in təsisçisi və prezidenti, həmçinin 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədridir. Ali Məclisin “İqtisadi siyasət” komitəsinin üzvüdür. Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası