29.04.2026 05:59
AZ | EN
► ABBASOV MƏMMƏD CƏFƏRQULU OĞLU

ABBASOV MƏMMƏD CƏFƏRQULU OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 6 saylı Çərçiboğan

1950-ci ildə Noraşen (indiki Şərur) rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (iqtisadçı ixtisası üzrə) və Sovet İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir. Rus dilini bilir. "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. XI və XII çağırış Naxçıvan MSSR Ali Sovetinin, həmçinin 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş, 29 avqust 1991-ci ildə və 5 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyalarında redaksiya komissiyası tərkibinə daxil edilmişdir.  Evlidir, 3 övladı var

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası