29.04.2026 06:00
AZ | EN
► ABBASOV FAZİL SÜLEYMAN OĞLU

 

ABBASOV FAZİL SÜLEYMAN OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (2004-2005)

 

Dairə: 16 saylı Qıvraq

1976-cı ildə Kəngərli (keçmiş İliç) rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu meyvə-tərəvəzçilik və üzümçülük ixtisası üzrə bitirmişdir. Hazırda Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində qiyabi təhsil alır. Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədridir. Yeni Azərbaycan Partiyası III və IV Qurultayının nümayəndəsi olmuşdur. Ali Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası