08.09.2024 06:37

Xeyirxahlığın, insanpərvərliyin və bərabərliyin rəmzi – Qurban bayramı

Xeyirxahlığın, insanpərvərliyin və bərabərliyin rəmzi – Qurban bayramı
15 iyun 2024 - 16:17
846

Qurban bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılayır. Dinimizin təlqin etdiyi ədalət prinsipləri də bu bayramda özünü göstərir. Qurban bayramı insanların mənən saflaşması, onların daha sıx birləşməsi üçün bir vasitədir. Bu birlik ovqatı bizim hamımız-cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməyimiz, həmrəyliyimiz düşmənlərimizi məğlubiyyətə uğratdı, tarixi Qələbəmizi təmin etdi.

Qurban bayramınız mübarək!