VII çağırış Ali Məclis deputatlarının 2024-cü ilin oktyabr ayı ərzində keçirdikləri vətəndaş qəbulu haqqında statistik məlumat
22 noyabr 2024 - 12:07
260
2024-cü ilin oktyabr ayında VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının vətəndaş qəbulları çərçivəsində 42 deputat tərəfindən 49 qəbul keçirilib. Qəbullarda 416 sakin iştirak edib, onlar tərəfindən, ümumilikdə, 264 məsələnin həlli ilə bağlı müraciət olunub.
Qaldırılan məsələlərlə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti