24.11.2024 15:29

Vergi orqanlarında səmərəli fəaliyyətlərinə görə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bir qrup əməkdaşı təltif edilib

Vergi orqanlarında səmərəli fəaliyyətlərinə görə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bir qrup əməkdaşı təltif edilib
27 fevral 2024 - 09:45
882

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 27 fevral 2024-cü il tarixdə Sərəncam imzalayıb. 
Sərəncama əsasən vergi orqanlarında səmərəli fəaliyyətlərinə görə fərqlənən Abbasova Aysel Yusif qızı, Eyvazova Gülşən Tofiq qızı, Əliyev Rəfail Əli oğlu, Əliyev Süleyman Yunis oğlu, Qənbərov Zahid Paşa oğlu, Quliyev Elməddin Hüsaməddin oğlu, Məsumova Xədicə Hacı qızı və Rzayev Rəşad Əli oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti