Türkiyə Cümhuriyyətinin İğdır şəhərində “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı olub
18 mart 2024 - 13:19
880
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fotosərgi Türkiyə Cümhuriyyəti Naxçıvan Baş Konsulluğu, “Şərq qapısı” qəzeti və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunub. Sərgidə "Şərq qapısı" qəzetinin fotoqraflarının Naxçıvanı tərənnüm edən fotoları yer alıb.
Sərgidə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, "Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova da iştirak ediblər.
Sərgiyə Naxçıvandan 14 nəfərlik nümayəndə heyəti qatılıb.