Təhsil Nazirliyinin Əsasnaməsi və strukturu təsdiq edilib
19 mart 2024 - 16:01
174
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 19 mart 2024-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən nazirliyin Əsasnaməsi və strukturu təsdiq edilib. Müvafiq fərmanla Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Fərmanı ilə təsdiq olunmuş yeni Əsasnaməsinə uyğunlaşdırılıb.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti