“Şərq qapısı” qəzetinin elan etdiyi “Naxçıvan 100 ildə” müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 iyul 2024 - 17:59
1137
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov və “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova çıxış ediblər.
Sonra müsabiqə qaliblərinə diplom və pul mükafatları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi, müsabiqənin qalibi Nuray Əsgərova çıxış edərək muxtar respublikada jurnalist yaradıcılığının qiymətləndirilməsinə görə minnətdarlıq edib.