03.12.2024 21:35

Ramiz Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən azad edilib

Ramiz Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən azad edilib
24 sentyabr 2024 - 17:35
962

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 24 sentyabr 2024-cü il tarixli sərəncama əsasən Ramiz Gülməmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi Məmmədov Ramiz Gülməmməd oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 36 saylı Badamlı seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti