21.11.2024 16:42

Ramil Orucəliyev Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilib

Ramil Orucəliyev Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilib
14 avqust 2024 - 17:21
1171

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 14 avqust 2024-cü il tarixli Qərarı ilə Orucəliyev Ramil Əli oğlu Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibi Ali Məclisin 2020-ci il 30 dekabr tarixli Qərarı ilə seçilib. 22 iyul 2024-cü il tarixdə keçirilmiş Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Əliyev Əjdər  Zahid oğlu öz ərizəsi əsasında sədr vəzifəsindən azad edilib. 24 iyul 2024-cü il tarixdə komissiya üzvü Əjdər Əliyev 1 sentyabr 2024-cü il tarixdə Ali Məclisə keçiriləcək növbədənkənar seçkilərə deputatlığa namizədliyini irəli sürüb. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddəsinə əsasən Ali Məclisin deputatlığına namizəd olduqda seçki komissiyası üzvünün səlahiyyətlərinə xitam verilir.

Beləliklə, Əliyev Əjdər Zahid oğlu Mərkəzi Seçki Komissiyasının üzvü ola bilməz. Naxçıvan Muxtar Respublikası Konsitusiyasına əsasən Ali Məclis Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi məsələsini həll edir. Bunları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd olaraq Orucəliyev Ramil Əli oğlu təklif edilib. Ali Məclisin Qərarı ilə o, MSK-nın üzvü seçilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti