Qələbənin və sülhün təminatçısı - MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN
15 oktyabr 2025 - 09:32
641
2003-cü il 15 oktyabr tarixində İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ötən illər onu göstərdi ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən, bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi LİDERDİR.
Dövlət başçısı dəfələrlə vurğulayıb ki, əldə olunan uğurların təməlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Cənab İlham Əliyev isə möhkəm təməl üzərində qurulmuş bu siyasi kursu dövrün yeni çalarları ilə zənginləşdirərək uğurla və layiqincə davam etdirir.
Elanlar
Gündəlik