01.09.2026 08:43
AZ | EN

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
31 avqust 2026 - 18:08
76

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.

“Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşıladı.

Səfər çərçivəsində:

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub