02.09.2026 08:19
AZ | EN

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfər gəlib, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, tədbirlərdə iştirak edib

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfər gəlib, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, tədbirlərdə iştirak edib
31 avqust 2026 - 18:08
116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.

“Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşıladı.

Səfər çərçivəsində:

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir