Prezident İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak edib və bir sıra yüksək səviyyəli xarici qonaqlarla görüşlər keçirib
Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.
Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.
Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirildi və mədəni proqram təqdim olundu.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun tədbir iştirakçılarına videomüraciətləri nümayiş olundu, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minqin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın çıxışları dinlənildi.
Prezident İlham Əliyev mayın 18-də də WUF13 iştirakçısı olan bir sıra yüksək səviyyəli xarici qonaqlarla görüşlər keçirib.
Görüşlərlə bağlı ətraflı məlumatı aşağıdakı keçidlər vasitəsilə əldə edə bilərsiniz:
İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub
İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib
Elanlar
Gündəlik