08.09.2024 06:47

NDU-nun bir qrup əməkdaşı təltif edilib

NDU-nun bir qrup əməkdaşı təltif edilib
13 iyun 2024 - 11:41
762

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 13 iyun 2024-cü il tarixdə “Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına Naxçıvan Muxtar Respublikası fəxri adlarının verilməsi haqqında” və “Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi haqqında” sərəncamlar [1,2] imzalayıb.

Sərəncamlara əsasən, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasında tibb təhsilinin inkişafında səmərəli fəaliyyətlərinə görə Cəfərov Rauf Mehralı oğlu, Mustafayeva İlhamə Rafiq qızı, Rzayev Elmar İlqar oğluna “Əməkdar həkim”, Əsədov Elsevər Sabir oğlu, Məmmədov Bəhruz Qibləli oğluna “Əməkdar müəllim” fəxri adları verilib, Hüseynov Zaur Səbuhi oğlu və İbrahimov Mətləb Süleyman oğlu isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti