03.04.2025 02:50
AZ | EN

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib
06 may 2024 - 18:28
1291

Mayın 6-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsinin öyrənilməsi: Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü” mövzusunda tədbir keçirilib. 

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən tədbirdə gənclərin əl işlərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevi yaxından tanıyan, onun idarəçilik məktəbində inkişaf etmiş dövlət və ictimai xadimlərin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı əməkdaşlarının, Ali Məclisin deputatlarının iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatı sədrinin müavini – Aparat rəhbəri Anar İbrahimov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər.

Çıxışların ardından tədbir “Ulu Öndər irsi gələcək nəsil üçün yol xəritəsi”, “Azərbaycanın ictimai-siyasi proseslərində gənclərin iştirakı” adlı panel iclası ilə davam edib. Paneldə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələr və çıxışlar dinlənilib, dahi rəhbərin gənclərə göstərdiyi qayğıdan danışılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tədbir Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın yekun nitqi ilə başa çatıb.