Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb

26 fevral 2024 - 19:08
766
Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin sədr müavini Anar İbrahimov, Baş nazir Səbuhi Məmmədov, Ali Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar abidə önünə güllər qoyulub, soyqırımı qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.