05.02.2025 12:50

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ağacəkmə aksiyası keçirilib

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin  xatirəsinə ağacəkmə aksiyası keçirilib
12 dekabr 2024 - 17:18
77

Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

“Əshabi-kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi yolunun kənarında keçirilən aksiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Ali Məclis sədrinin müavini Arzu Abdullayev, Aparatın rəhbəri Ülvi Hüseynli və Aparatın əməkdaşları da iştirak ediblər.

Aksiya çərçivəsində 1 hektarlıq ərazidə 625 tut tingi əkilib.