Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
12 dekabr 2024 - 17:00
142
Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Ali Məclis sədrinin müavini Arzu Abdullayev, Aparatın rəhbəri Ülvi Hüseynli, Aparatın əməkdaşları və Ali Məclisin deputatları da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Abidə önünə güllər qoyulub, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.