Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd edilib
Oktyabrın 29-da Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən Türkiyə Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibətilə tədbir təşkil edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, Ali Məclisin deputatları və Aparatın əməkdaşları da iştirak ediblər.
Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, qardaş respublikaların dövlət himnləri səsləndirilib.
Tədbirdə cümhuriyyət tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 101-ci ildönümü münasibətilə videomüraciəti izlənilib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış ediblər.
Tədbir bədii hissə ilə davam edib.