28.09.2026 02:38
AZ | EN

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Naxçıvanda şəhidlərin xatirəsi anılıb
27 sentyabr 2026 - 13:58
206

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri şəhidlərin əziz xatirəsini yad ediblər.

Səlahiyyətli nümayəndə və digər rəsmilər şəhidlərin məzarlarını ziyarət edərək məzarların üzərinə qərənfillər düzüblər.

Ceyhun Cəlilov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara ehtiram və başsağlığı ifadə edib.

“Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.