31.03.2025 08:42
AZ | EN

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
07 mart 2025 - 22:21
188

Martın 7-də “Naxçıvan Saray”da müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri üzvləri və qazilər üçün iftar süfrəsi açılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, şəhid ailələri üzvləri və qazilər iştirak ediblər.

Əvvəlcə müstəqillik və torpaqların ərazi bütövlüyü uğrunda canlarından keçmiş dost və qardaş ölkələrimizin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Qeyd edək ki, iftar süfrəsi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun  təşkilatçılığı ilə baş tutub.