11.06.2026 06:16
AZ | EN

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər barədə qanun layihəsi təsdiqlənib

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər barədə qanun layihəsi təsdiqlənib
08 iyul 2025 - 16:03
620

Azərbaycan Respublikası Milli Məclisinin iyulun 8-də keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar Respublikasının idarəetmə strukturunun mərkəzləşdirilməsi, səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin rolu ilə bağlı əhəmiyyətli yeniliklər ehtiva edir.

Qeyd edək ki, Milli Məclisin iclasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da iştirak ediblər.