“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Ali Məclis sədrinin Fərmanında dəyişiklik edilib
18 sentyabr 2024 - 17:19
716
Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 19 iyul tarixli Fərmanında dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavin sayı 1-dən 2-yə çatdırılıb. Bir müavin ştatının artmasına görə Əsasnamənin müvafiq bənd və yarımbəndlərində uyğunlaşdırma məqsədilə dəyişiklik edilib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti