18.05.2024 12:56

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib
14 dekabr 2023 - 17:26
372

Dekabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev iclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsinə təklif və düzəlişlərə ikinci oxunuşda baxılmasının müzakirə olunacağını bildirib.

Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən Ali Məclisə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsinin yeni variantı daxil olub. Ali Məclisin payız sessiyasının 2023-cü il 8 dekabr tarixli iclasında Qanun layihəsinin birinci oxunuşu zamanı qeyd olunan düzəlişlər nəzərə alınıb.

Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsinə edilən dəyişikliklər barədə məlumat verib.

Sonra gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb.

Deputatlardan Sevda Quluyeva, İsa İsayev, Vüqar Abbasov müzakirə olunan məsələ ilə bağlı suallarını səsləndirib, təklif və fikirlərini bölüşüblər.

Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov, İqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev, Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdir əvəzi Nihad Möhbalıyev və Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdir əvəzi İsmayıl Bağırov qaldırılan suallara aydınlıq gətiriblər.

Müzakirələrdən sonra qanun layihəsinin ikinci oxunuşda baxılması məqsədilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasına təqdim olunması üçün qərar qəbul edilib.

                                                                                                                                                          Naxçıvan Muxtar Respublikası

                                                                                                                                                           Ali Məclisinin mətbuat xidməti