Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini fərman imzalayıb

02 may 2025 - 10:35
396
Mayın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti