24.11.2024 06:16

Naxçıvan MR Nazirlər Kabinetinin iş qaydası, Aparatı haqqında Əsasnamə və strukturu təsdiq edilib

Naxçıvan MR Nazirlər Kabinetinin iş qaydası, Aparatı haqqında Əsasnamə və strukturu təsdiq edilib
14 iyun 2024 - 09:32
721

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydası”, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının strukturu” təsdiq edilib. Nazirlər Kabinetinin müvafiq vəzifə və səlahiyyətlərinin, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əsas icraçılarından biri olaraq nəzərdə tutulmuş tədbirlərin keyfiyyətli və vaxtında həyata keçirilməsi üçün Nazirlər Kabineti Aparatının işçilərinin say həddi 90 ştat vahidinə çatdırılıb.

Müvafiq fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 4 iyul tarixli Fərmanı və 2020-ci il 31 may tarixli sərəncamı ləğv edilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti