24.11.2024 07:21

Naxçıvan MR maliyyə nazirinə müavin təyin edilib

Naxçıvan MR maliyyə nazirinə müavin təyin edilib
08 iyun 2024 - 11:06
2745

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 07 iyun 2024-cü il tarixdə “E.Y.Əlimərdanovun Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini təyin edilməsi haqqında” Sərəncam imzalayıb.

Qeyd edək ki, Elvin Yusif oğlu Əlimərdanov əmək fəaliyyətinə 2013-cü ildə Kəngərli rayon İcra Hakimiyyətində başlayıb, daha sonra Kəngərli rayon Vergilər Şöbəsində, Naxçıvanqaz İstehsalat Birliyində və Naxçıvan Şəhər İcra Hakimiyyətində maliyyə sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. Həmçinin, eyni illərdə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində maliyyə istiqaməti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. 21 yanvar 2022-ci il tarixində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin İqtisadiyyat departamentinin müdiri vəzifəsinə, həmin ilin 11 fevralında isə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin müdir müavini vəzifəsinə təyin edilib.

Elvin Əlimərdanov maliyyə sahəsi üzrə bir sıra yerli və beynəlxalq sertifikatlara malikdir və “Mühasibat uçotu” adlı dərs vəsaitinin müəllifidir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti