08.09.2024 06:19

“Naxçıvan məktəblilərin gözü ilə” rəsm sərgisi açılıb

“Naxçıvan məktəblilərin gözü ilə” rəsm sərgisi açılıb
15 may 2024 - 19:21
504

Mayın 15-də Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə töhfə kimi “Naxçıvan məktəblilərin gözü ilə” adlı rəsm sərgisi açılıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sərgidə Naxçıvan Muxtar Respublkası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov və “Məktəbli” qəzetinin təsisçisi Pərvin Məmmədov çıxış ediblər.

Sonra sərgidə əsərləri nümayiş etdirilən məktəblilərə təşəkkürnamələr təqdim edilib.

Baxış zamanı qeyd edilib ki, sərgidə muxtar respublika məktəblərinin fırça həvəskarlarının 90-dan çox əl işi nümayiş etdirilir. Rəsmlərdə Naxçıvanın ecazkar təbiət mənzərələri, tarixi-mədəni abidələri, şanlı qələbəmizi əks etdirən motivlər rənglərin dili ilə ifadə olunub.

Qeyd edək ki, sərgi “Məktəbli” qəzeti və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə baş tutub.