21.11.2024 13:18

"Naxçıvan fotolarda" adlı fotosərgidə Ali Məclisin deputatları və Aparatın əməkdaşları iştirak edib

"Naxçıvan fotolarda" adlı fotosərgidə Ali Məclisin deputatları və Aparatın əməkdaşları iştirak edib
16 aprel 2024 - 11:46
118

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Ali Məclisin rəsmi orqanı olan "Şərq qapısı" qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində "Naxçıvan fotolarda" adlı fotosərgi keçirilib. Sərgidə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Ali Məclisin deputatları, aparatın əməkdaşları, ölkənin ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 

Sərgidə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli və “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova çıxış ediblər.

62 fotonun nümayiş olunduğu sərgi böyük maraqla qarşılanıb. Sərginin başqa xarici ölkələrdə də keçirilməsi nəzərdə tutulub.

Tədbirin bədii hissəsinə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndə Arzu Əliyeva və Sərxan Bünyadzadənin ifasında konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli Sərəncamına uyğun olaraq bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi qeyd edilir.