24.11.2024 11:57

Heydər Əliyev adına tam orta məktəbin 20 illiyi münasibətilə bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib

Heydər Əliyev adına tam orta məktəbin 20 illiyi münasibətilə bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib
08 may 2024 - 20:02
554

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov mayın 8-də “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən Heydər Əliyev adına tam orta məktəbin 20 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Əhmədova Nailə Sahib qızı, Əliyeva Məhsəti Saleh qızı, Quliyeva Zülfiyyə Vaqif qızı, Məmmədov Faur Bəhrəm oğlu və Tarışova Xublar Yəhya qızına “Əməkdar müəllim” fəxri adı verilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti