27.07.2024 12:50

Heydər Əliyev adına Hərbi Liseyin müəllimi təltif edilib

Heydər Əliyev adına Hərbi Liseyin müəllimi təltif edilib
06 iyun 2024 - 18:22
594

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 06 iyun 2024-cü il tarixdə “M.M.Eminovaya “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Sərəncam imzalayıb.

Qeyd edək ki, Heydər Əliyev adına Hərbi Liseyin 24-cü buraxılış tədbirində xarici dillər fənn bölməsinin müəllimi - bölmə rəisi Eminova Mətanət Mirhəsən qızına tədris etdiyi fənn üzrə yüksək naliyyətlərinə, kursantlarda vətənpərvərlik tərbiyəsinin aşılanmasında peşəkarlıq göstərdiyinə və Hərbi Liseyin ictimai tədbirlərində fəal iştirak etdiyinə görə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti