17.11.2026 04:06
AZ | EN

Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib

Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib
16 noyabr 2026 - 12:15
79

Noyabrın 16-da Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.