20.04.2026 11:06
AZ | EN

Elm və təhsil naziri Naxçıvana səfər edib

Elm və təhsil naziri Naxçıvana səfər edib
28 noyabr 2025 - 12:42
367

Noyabrın 28-də Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.