Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib
01 iyun 2024 - 10:57
2760
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 31 may 2024-cü il tarixli sərəncama əsasən Malik Qadir oğlu Rzayev Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
Müvafiq sərəncamla Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Malik Rzayevə həvalə olunub.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti