17.05.2026 04:26
AZ | EN

Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfərə gəlib

Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfərə gəlib
27 aprel 2026 - 12:08
182

Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verdi.

Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Sonra rəsmi foto çəkdirildi.

 

XXX

Səfər çərçivəsində:

Qəbələdə İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

Qəbələdə İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib

Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib